Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / Ümummilli Lider Heydər Əliyevin xatirəsi Brüseldə anılıb

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Brüseldə anılıb

12 dekabr 2017-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, NATO Yanında Daimi Nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.
Mərasimdə çıxış edən Səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib. Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu diqqətə çatdıran Səfir F.İsgəndərov, onun siyasəti və siyasi nailiyyətlərinin daima yaşadılmasının önəmini vurğulayaraq, bütün həmvətənlərimizi Heydər Əliyev irsinin qorunub saxlanılmasında yaxından iştirak etməyə səsləyib.
Mərasim zamanı çıxış edən digər qonaqlar da Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynamış Heydər Əliyev irsinin əbədi olaraq yaşayacağına əminlik bildirmişlər.

Şəbnəm Kərimova

Həmçinin oxuyun

Ermənistan iqtisadiyyatı dərin böhranla üz-üzə – TƏHLİL

Pandemiya başladıqdan sonra Ermənistanda iqtisadi vəziyyətin pisləşməsi əsaslı qiymət artımının baş verməsi və milli valyutanın …