Ana səhifə / Dünya / Ukraynaya qarşı müharibədə Belarus hansı rolu oynayır? – Arestoviç izah edib

Ukraynaya qarşı müharibədə Belarus hansı rolu oynayır? – Arestoviç izah edib

Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Aleksey Arestoviç Belarusun Ukrayna ilə müharibədə oynadığı roldan və Lukşenkonun «oyunlarından» danışıb.

«Meduza»-ya müsahibəsində o, bəyan edib ki, Belarusdan raketlər və təyyarələr uçublar – bu, elə Ukranaya qarşı hərbi təcavüdür.

«Bizim məlumatımıza görə, Lukaşenko Qərblə aktiv separatçı danışıqları davam etdirir. Belarus müxalifəti və Qərb kəşfiyyatı da bizə bu barədə danışır. Onlar təfərrüatsız danışırlar, amma bunun ümumi xarakteri belədir: «Mən, günahkar deyiləm, o, özü mənim yanıma gəlib».

Amma Belarus ərazisi və Belarus infrastrukturu – aerodromlar, təchizat bazaları, dəmir yol şəbəkəsi – bizə qarşı tam istifadə olunub. Oradan raketlər buraxıblar, aviasiya uçub, ordu hücuma keçib. Bu, mahiyyətcə hərbi təcavüzdür. Amma biz, məqsədli şəkildə bu məsələni qoymamışıq, çünki özümüz Belarusu anlayırıq, Belarus xalqını və Belarus hakimiyyətini bir-birindən dəqiq ayırırıq» – Arestoviç deyib.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …