Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Dünya / Ukraynanın yeni humanitar dəhlizindən ilk mülki gəmi keçib

Ukraynanın yeni humanitar dəhlizindən ilk mülki gəmi keçib

İlk mülki gəmi Ukraynanın yeni humanitar dəhlizindən keçib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “Ukrayna Qara dənizdə gəmiçilik azadlığının bərpası istiqamətində az öncə mühüm addım atıb. İlk mülki gəmi Odessa limanını tərk edərək Ukraynanın yeni humanitar dəhlizindən keçib. İndi o, İstanbul boğazına doğru gedir”, – Ukrayna dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, daha öncə Ukrayna dəhlizin fəaliyyəti ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına rəsmi məlumat verib. Təşkilat Ukraynanın naviqasiyanı tənzimləmək üzrə suveren hüquqlarını bir daha təsdiqləyib və Rusiyanı təhdidləri dayandırmağa və beynəlxalq konvensiyaları gözləməyə çağırıb.

Həmçinin oxuyun

Paşinyanın partiyası seçkilərdə qalib gəlib

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 475 …