Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Ukraynanın Quru Qoşunlarının komandanı hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

Ukraynanın Quru Qoşunlarının komandanı hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

“Report” xəbər verir ki, bu barədə Aleksandr Sırski “ABC News” telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə strategiyasının əsas məqamlarından biri təchizat məntəqələrinə davamlı zərbələrdir.

Sırski, həmçinin əlavə edib ki, Rusiyanın artilleriyada üstünlüyə malik olduğu toqquşmaların dəf edilməsi də hərbi strategiyada nəzərdə tutulur.

Komandanın sözlərinə görə, Ukrayna qüvvələri minimal itki ilə hədəfə çatmaq üçün mobil hücumlar həyata keçirir.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …