Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ukraynanın müharibə itkiləri 600 milyard dollara çatır

Ukraynanın müharibə itkiləri 600 milyard dollara çatır

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan indiyədək ölkəyə dəyən ümumi ziyanın məbləği 600 milyard ABŞ dollarına çatır.

AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Kyiv School of Economics” məlumat yayıb. İki ay yarım davam edən müharibədə 31 milyard ABŞ dolları dəyərində yaşayış sahəsi dağıdılıb və ya zədələnib. Yaşayış fondunun dağıdılmasından ən çox Mariupol, Xarkov, Çerniqov, Sumı və Rubijne kimi şəhərlər zərər çəkib.

Qeyd edilir ki, 27 neft anbarının dağıdılması nəticəsində dəymiş zərər 227 milyon dollar təşkil edir.

Xatırladaq ki, Ukrayna Rusiya qoşunlarının limanları bağlaması səbəbindən hər gün 170 milyon ABŞ dolları itirir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …