Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Dünya / “Ukraynalıların bir hissəsi Rusiyaya nifrət edir və hər zaman belə olacaq” – Deputat

“Ukraynalıların bir hissəsi Rusiyaya nifrət edir və hər zaman belə olacaq” – Deputat

Ukrayna Ali Radasının deputatı Oleq Voloşin bildirib ki, ilhaq olunmuş Krım Ukraynaya qaytarılsa da, Kuban da hədiyyə edilsə də, ukraynalıların bir hissəsinin Rusiyaya nifrəti azalmayacaq.

Bu barədə o, “NewsOne” telekanalının efirində danışıb. Voloşin qeyd edib ki, bu cür millətçi rusofob fikirlər siyasi elitadan olan insanlar üçün də xarakterikdir.

Bu siyahıya, onun fikrincə, xarici işlər naziri Dmitri Kuleba və AB və NATO -ya üzvlüyünün ölkənin bütün problemlərini həll edəcəyinə əmin olan Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko da daxildir. Xatırladaq ki, bir müddət əvvəl Ali Radanın keçmiş deputatı Yevgeni Murayev ölkənin işğal olunaraq Ukraynadan kiçik bir hissə qalacağını proqnozlaşdırmışdı.

Həmçinin oxuyun

Rusiyada seçkilərdə bu partiyalar qalib gəlib

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Partiyanın ictimai dəstək …