Çərşənbə , İyul 8 2020
Ana səhifə / Dünya / Ukraynalılar Hitleri Moskvaya “gətirdi”

Ukraynalılar Hitleri Moskvaya “gətirdi”

Ukraynanın kompüter oyunları yaradıcısı “Starni Qeyms” Adolf Hitlerin Moskva müharibəsində “qələbə qazandıqdan” sonra Qızıl meydanda təşkil etiyi paradın görüntüləndiyi yeni “Strategic Mind: Blitzkrieg” adlı strateji oyununu təqdim edib.

Modern.az xəbər verir ki, şirkətin oyuna əlavə etdiyi videoda faşistlərin Lenin mavzoleyi üzərində dayandıqları görünür.

Anonsda isə Hitler ordusunun Avropanı diz çökdürdüyü qeyd edilir.

Məsələ ilə bağlı açıqlama verən rusiyalı senator Frants Klintseviç bu cür layihələrin beynəlxalq hüquqa zidd olduğunu söyləyib:

“Bu, cəza tətbiq olunmalı cinayətdir. Bu səbəbdən belə bir oyunu təbliğ edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Həmçinin oxuyun

Putinin oteldə unutduğu köynəyi satılır – FOTO

Rusiyanın populyar elan saytlarının birində prezident Vladimir Putinin köynəyinin satışa çıxarılması ölkədə geniş rezonans doğurub, …