Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ukraynalı qız İslamı qəbul etdi – Oyunda tanış olduğu oğlanla nişanlandı (Fotolar)

Ukraynalı qız İslamı qəbul etdi – Oyunda tanış olduğu oğlanla nişanlandı (Fotolar)

Ukraynalı qız internet üzərindən oyun oynadığı türkiyəli oğlanla tanışlıqdan sonra İslam dinini qəbul edib.

Minval.info xəbər verir ki, Vieronika İhor adlı gənc xanım müsəlman olduqdan sonra adını da dəyişdirib.

Belə ki, bir ilə yaxın internet üzərindən münasibətdə olduğu türkiyə vətəndaşı Sadettin Dündarla nişanlanan ukraynalı onun dini ilə maraqlanaraq araşdırma aparıb. Daha sonra müsəlman olmaq qərarına gəlib. Türkiyədəki müftiliklərdən birində təşkil olunan dini məclisdə ona rus dilində İslam dininin şərtləri izah edilib. V.İhor bunun ardınca kəlimeyi-şəhadət gətirərək müsəlman olub və adını dəyişərək Elif qoyub.

Hazırda onunla nişanlı olan Sadettin Dündar bildirib ki, tanışlıqdan sonra ukraynalı gənc qız Türkiyəyə gəlib və öz istəyi ilə İslam dinini qəbul edib. O həmçinin yaxın zamanda rəsmi nikaha girəcəklərini söyləyib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …