Ana səhifə / Dünya / Ukraynalı qaçqınların sayı ARTIR

Ukraynalı qaçqınların sayı ARTIR

Müharibə nəticəsində Ukrayna qaçqınlarının sayı 5,5 milyona çatıb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı məlumat yayıb.

Ukraynanı müharibədən sonra 5 468 629 nəfər tərk edib. Onların böyük hissəsi (üç milyondan çox) Polşaya gedib. Rumıniyaya qaçqın kimi yollanan ukraynalıların sayı 817 mindən çox, Rusiyaya yollananların sayı 656 mindən artıq olub.

Bundan əlavə Macarıstana 520 min, Moldovaya 443 min, Slovakiyaya 372 min, Belarusa isə 25 mindən artıq ukraynalı gedib. Eyni zamanda 1 289 500 nəfər fevralın 28-dən bəri Ukraynaya qayıdıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …