Ana səhifə / Dünya / Ukraynadakı Rusiya əsirlərinin sayı açıqlandı

Ukraynadakı Rusiya əsirlərinin sayı açıqlandı

Ukrayna tərəfindən əsir götürülən Rusiya əsgərlərinin sayı açıqlanıb.
Bu barədə Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda Ukraynada 600-ə yaxın rusiyalı hərbi əsir var.
Baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşuk məlumatı təsdiqləyib: “Biz ümumi rəqəmlərdən danışırıqsa, hazırda onların sayı 600-ə yaxındır. Bilirsiniz, biz beynəlxalq hüquq normalarına uyğun olaraq onlar üçün xüsusi düşərgə tikməliyik”.

Həmçinin oxuyun

Prezident Ofisi: “Ukrayna ordusu əks-hücuma keçib“

“Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına başlayıb”.  “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident …