Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ukraynada həlak olan dinc sakinlərin sayı

Ukraynada həlak olan dinc sakinlərin sayı

Rusiyanın Ukraynaya qarşı başladığı hücumdan bu günə kimi ölkədə 902 dinc sakin öldürülüb. 
Bakupost.az Unian-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb. Qeyd edilib ki, 24 fevraldan 19 mart tarixinə qədər Ukraynada 2361 müharibə qurbanı qeydə alınıb ki, onlardan 902-si ölüb, 1459-u yaralanıb. 
BMT-nin Ali Komissarının İdarəsinin rəqəmlərinə əsasən, ölənlərdən 134 nəfəri qadın, 179-u kişi, 11-i qız, 25-i oğlan, 39-u uşaq və 514-ü böyükdür. Sonuncuların cinsiyyəti ilə bağlı statistika hələ ki, aparılmayıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …