Şənbə , Avqust 13 2022
Ana səhifə / Dünya / Ukraynada həlak olan Kərim Qulamovla vida mərasimi keçirildi -FOTO

Ukraynada həlak olan Kərim Qulamovla vida mərasimi keçirildi -FOTO

Kiyevin Mixaylovski kilsəsində Ukraynanın azadlığı və suverenliyi uğrunda canından keçən həmyerlimiz Kərim Qulamovla vida mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, mərasimdə həmyerlimizin yaxınları, döyüş yoldaşları, Ukrayna Azərbaycanlılari Birləşmiş Diasporunun (UABD) idarə heyətinin üzvləri və Kiyevdə yaşayan diaspora fəalları iştirak edib.

Qeyd edək ki, iyulun 17-də Rusiya ilə müharibədə əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov şəhid olub.

Məlumata görə, 35 yaşlı azərbaycanlı Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. Ötən gün o, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.

Bildirilib ki, K.Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb.

Dostları onunla bağlı rəylərində belə yazıb: “Təəssüf, Ukrayna əsl müdafiəçisini itirdi. Sən mübariz, dürüst və örnək idin”.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı.

Həmçinin oxuyun

Mariya Ovsyannikova ev dustağı edildi

Rusiyanın Birinci televiziya kanalının canlı efirdə Ukraynada xüsusi əməliyyata qarşı etiraz aksiyası keçirmiş redaktoru Mariya …