Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Ukraynada faciəli şəkildə ölən azərbaycanlılardan biri DSK sədrinin oğludur

Ukraynada faciəli şəkildə ölən azərbaycanlılardan biri DSK sədrinin oğludur

Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.
“Report”un xəbərinə görə, 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib.

O, Sabirabad rayonunda dəfn edilib.
Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkildə ölüb.
Yanğına səbəb kimi elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması göstərilir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …