Ana səhifə / Dünya / Ukraynada 600-ü uşaq olmaqla 11 minə yaxın mülki şəxs ölüb

Ukraynada 600-ü uşaq olmaqla 11 minə yaxın mülki şəxs ölüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında(TŞ) Ukraynadakı vəziyyətlə bağlı iclas keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença çıxış edib.

O bildirib ki, Ukraynada davam edən müharibədə təkcə mart ayında 57 uşaq öldürülüb.

Diplomat qeyd edib ki, iki il ərzində ümumilikdə 600-ü uşaq olmaqla 10 810 mülki şəxs müharibənin qurbanı olub.

Yença qeyd edib ki, Rusiya hər gün Ukraynanın şəhər və qəsəbələrini atəşə tutur, enerji infrastrukturunu intensiv və sistemli şəkildə hədəfə alır:

“Aramsız hücumlar nəticəsində mülki əhali hədəf alınır və artan itkidən dəhşətə gəlirik. Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi işğal siyasətini davam etdirir”.

M. Yença əlavə edib ki, Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var.

Həmçinin oxuyun

Tbilisidə etirazçılar Rusiya bayrağını yandırıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “xarici agentlər haqqında” qanuna etiraz bildirən nümayişçilər parlament binası yaxınlığında Rusiya …