Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Dünya / Ukrayna XİN Saakaşviliyə görə Gürcüstana nota göndərib

Ukrayna XİN Saakaşviliyə görə Gürcüstana nota göndərib

“Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ukrayna vətəndaşı olan Mixail Saakaşvilinin 18 saylı Qldani penitensiar tibb müəssisəsinə köçürülməsinə və Ukrayna tərəfinə bu barədə məlumat verilməməsinə görə təəssüf duyur”. Bu Ukrayna XİN-in yaydığı bəyanatda deyilir.

Bəyanatda Gürcüstan tərəfinə Saakaşvilini dərhal mülki tibbi müəssisəyə köçürməyə çağırış edilib.

Bildirilib ki, bu məsələ ilə əlaqədar bu gün Gürcüstan XİN-ə Ukrayna XİN tərəfindən rəsmi nota göndərilib.

Bəyanatda vurğulanıb ki, Ukrayna vətəndaşı olan M.Saakaşvilinin penitensiar tibbi müəssisədə bundan sonra da saxlanılması əlavə risklər və gərginlik yaradır.

“XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Ukrayna vətəndaşı Mixail Saakaşvilinin ətrafında baş verən vəziyyəti xüsusi nəzarət altında saxlamağa davam edir”, – deyə bəyanatda qeyd olunub.

Həmçinin oxuyun

“Prokurorluq və məhkəmə sistemini tanımıram” – Saakaşvilinin məhkəməsində toqquşma olub, saxlanılanlar var (Yenilənib)

“Gürcüstanın prokurorluğu və məhkəmə sistemini tanımıram”. Bunu Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili …