Ukrayna və NATO əməkdaşlığın əsas prioritetləri barədə razılığa gəliblər.
Bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fyodorovun NATO rəsmiləri ilə görüşündə bildirilib.
Tərəflər hava hücumundan müdafiə (HHM) sisteminin gücləndirilməsi, "Patriot" zenit-raket kompleksləri, "F-16" qırıcıları və "HIMARS" sistemlərinin imkanlarının inkişaf etdirilməsi, eləcə də texnoloji üstünlüyün əldə olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Nazir Alyansın Ukraynadakı baş nümayəndəsi Patrik Turner və NATO-nun Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlim Missiyasının (NSATU/SAG-U) komandanı, general-leytenant Kurtis Buzzardla bir araya gəlib. Görüş zamanı müdafiə qabiliyyətinin artırılması və strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.