Cümə axşamı , May 26 2022
Ana səhifə / Dünya / Ukrayna və Rusiya nümayəndə heyəti 4-cü dəfə görüşəcək

Ukrayna və Rusiya nümayəndə heyəti 4-cü dəfə görüşəcək

Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu keçiriləcək.

Bu barədə Ukrayna Prezident Aparatının yaydığı məlumatda deyilir.

Bildirilib ki, növbəti görüşün dəqiq vaxtı hələlik məlum deyil.

“Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü raundu hüquqi formatlar hazırlandıqdan sonra baş tutacaq. Bu cür formatlar yaxın gələcəkdə hazırlana bilər. Qarşılıqlı hüquqi formatlar hazırlandıqdan sonra görüş təyin olunacaq. Sabah və biri gün ola bilər. Biz bütün məsələləri müzakirə etdik, indi həmin məsələləri bəzi hüquqi formatlarda tənzimləməyə çalışırıq”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Rusiya rəsmiləri arasında üç dəfə görüş keçirilib. Danışıqlar Belarus ərazisində aparılıb.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …