Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Dünya / Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qarşıya qoyulan dörd əsas vəzifəni açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qarşıya qoyulan dörd əsas vəzifəni açıqlayıb

“İşğalçılar mütləq atəş üstünlüyünə və qoşun sayının artmasına baxmayaraq, döyüş meydanında uğur qazana bilmirlər. Ukrayna Silahlı Qüvvələrinin qarşısında dörd əsas vəzifə durur”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı teleqramda bildirib.

V.Zalujnı amerikalı həmkarı general Mark Milli ilə telefon danışığı zamanı Ukrayna Ordusunun əsas vəzifələri barədə məlumatlandırıb:

– işğal olunmuş əraziləri azad etmək;

– düşmənin yeni əraziləri tutmasının qarşısını almaq,

– dövlətin mühüm infrastrukturunu hava hücumundan müdafiə və raket əleyhinə müdafiə vasitələri ilə təmin etmək;

– gələcək hərbi əməliyyatların aparılması üçün ehtiyatların formalaşdırılması və hazırlanmasını davam etdirmək.

“Ukraynalı əsgər və zabitlərin cəsarəti və peşəkarlığı sayəsində bizim xətlərimiz dəyişməz olaraq qalır və müdafiə əməliyyatı plana uyğun olaraq uğurla həyata keçirilir”, – V.Zalujnı vurğulayıb.

Xatırladaq ki, Zalujnı Milli ilə sonuncu dəfə oktyabrın 25-də danışıb. Həmin danışıqda Zalujnı amerikalı həmkarını əmin edib ki, Ukraynanın “çirkli bomba”dan istifadə etmək planları ilə bağlı Rusiyanın ittihamları dezinformasiyadır və Ukrayna Silahlı Qüvvələrində kütləvi qırğın silahının heç bir növü yoxdur. Report

Həmçinin oxuyun

Çində etirazlar başladı – Xalq hakimiyyətin dəyişməsini istəyir+Video

Çinin paytaxtı Pekin və bir çox şəhərlərdə etirazlar başlayıb. “Azinforum.az” xarici KİV-ə istinadən xəbər verir …