Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ukrayna Rusiya ilə iqtisadi əməkdaşlığı dayandırdı

Ukrayna Rusiya ilə iqtisadi əməkdaşlığı dayandırdı

Ukrayna hökuməti Rusiya ilə iqtisadi əməkdaşlığa dair proqramın icrasını dayandırıb.

APA-nın verdiyi məlumata görə, Ukrayna Nazirlər Kabineti bu gün bu barədə qərar qəbul edib.

Ukrayna baş naziri Vladimir Qroysman deyib ki, Rusiya ilə iqtisadi əməkdaşlıq proqramının dayandırılması barədə qərar müzakirə edilmədən qəbul edilib.

Qeyd edək ki, Ukraynanın Rusiya ilə iqtisadi əməkdaşlıq barədə proqramı 2011-ci ildə qəbul edilib və 2020-ci ilə qədər olan ki dövrü əhatə etməli idi. Proqramda iki ölkənin müxtəlif sahələrdə, o cümlədən ticarət, nəqliyyat, sosial-humanitar, sərhəd və digər sahələrdə əməkdaşlığı nəzərdə tutulmuşdu.

V. Qroysman bundan öncə proqramın icrasının dayandırılmasının zəruri olması barədə bəyanatında bildirmişdi ki, bu, Ukrayna iqtisadiyyatının inkişaf istiqaməti ilə bağlıdır, Avropa İttifaqı və digər ölkələrə ixracın artırılması vacibdir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …