Ana səhifə / Dünya / “Ukrayna Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq” – Makron

“Ukrayna Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq” – Makron

“Ukrayna Prezidenti Volodimir Zelenski və hakimiyyətin başqa nümayəndələri Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq”.

Bunu Fransa Prezidenti Emmanuel Makron iyunun 15-də Rumıniyaya səfəri zamanı bildirib.

Qeyd edək ki, Ukrayna rəsmiləri Emmanuel Makronu Rusiyayönlü mövqeyinə görə tənqid edirlər. Onlar hesab edirlər ki, Fransa Prezidentinin Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparması yolverilməzdir.

E.Makron iyunun 3-də bildirmişdi ki, Rusiyanı alçaltmaq lazım deyil, çünki gec, ya tez başqa dövlətlər onunla əməkdaşlıq edəcək. Onda Fransa Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə dekabrda yüz saatdan artıq danışıq apardığını da demişdi.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …