Cümə , Yanvar 21 2022
Ana səhifə / Dünya / Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

Noyabrın 26-da Ukraynada mətbuat konfransı zamanı prezident Volodimir Zelenski ilə sərt tonda mübahisə edən “senzor.net” saytının baş redaktoru Yuriy Butusov barəsində cinayət işi açılıb.

Cinayət işini Ukrayna Dövlət İstintaq Bürosu (DİB) qaldırıb.

Buna səbəb jurnalistin ötən gün – Qolodomor faciəsinin ildönümü günü sosial şəbəkə hesabında paylaşım etdiyi video olub.

Jurnalistin paylaşdığı videoda bir müddət əvvəl hərbi məşğələlər zamanı 152 mm-lik D-20 tipli top-haubitsadan “İşğalçılara atəş!” şüarı ilə atəş açması əks olunub.

Cinayət işi ilə bağlı bildirilib ki, jurnalistin sosial şəbəkədə paylaşdığı bu cür materialların dərci Ukrayna dövlətinin informasiya təhlükəsizliyinə xələl gətirir və təcavüzkar dövlətin nümayəndələrinə Ukraynaya təzyiqləri artırmağa imkan verir. \report

Həmçinin oxuyun

Qazaxıstan XİN Tokayevin “xəbərdarlıq etmədən güllələmək” əmrini açıqlayıb

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib ki, prezident Qasım-Comart Tokayevin etiraz aksiyaları zamanı verdiyi …