Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Dünya / Ukrayna ordusunun son 10 gündə azad etdiyi ƏRAZİLƏR

Ukrayna ordusunun son 10 gündə azad etdiyi ƏRAZİLƏR

Ukrayna ordusu son 10 gün ərzində 2000 kvadrat kilometrdən çox ərazini ruslardan təmizləyib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mütəmadi yayımladığı axşam videomüraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunları cəbhənin müxtəlif istiqamətlərində irəliləyir.

Zelenski Ukrayna hərbçilərinə təşəkkür etdiyini deyib.

Qeyd edək ki, son günlər Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində əks-hücuma keçib. Uğurlu əməliyyatlar nəticəsində Rusiya bəzi strateji şəhərlərdən geri çəkilmək məcburiyyətində qalıb.

Həmçinin oxuyun

“Putin nə düşünübsə, onu da edəcək” – Ərdoğan

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən …