Ana səhifə / Dünya / Ukrayna ordusu Kiyevi azad etdi

Ukrayna ordusu Kiyevi azad etdi

Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
“İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib”, – Malyar feysbuk səhifəsində bildirib.
Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.

Həmçinin oxuyun

“Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik” – Ukraynalı general

Ukrayna Ordusu mayın 5-dən Xarkov istiqamətində 23 yaşayış məntəqəsini azad edib. Bu barədə briqada generalı, …