Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Dünya / Ukrayna ordusu Donbas istiqamətində 2 kilometr irəliləyib

Ukrayna ordusu Donbas istiqamətində 2 kilometr irəliləyib

Ukrayna ordusu Donbasda separatçıların nəzarətində olan bölgələrin içinə doğru 2 kilometr irəliləyərək yeni mövqelər formalaşdırmağa nail olub.

Bu barədə ön cəbhədə vuruşan könüllü Yuri Misyagin özünün “Facebook” hesabında yazıb.

“Birgə Qüvvələr Əməliyyatı ərazisi daxilində Silahlı Qüvvələrin briqadalarından birinin nəzdindəki piyada batalyonu separatçıların kəsilməyən atəşlərindən sonra hücuma keçərək ön cəbhədəki mövqelərini möhkəmlədib. Batalyon 2 kilometrdən də çox irəliləyərək yeni mövqelər qurub. Bu həm də ön xətdə taktiki üstünlük qazandırıb”, -deyə Mysyagin yazıb.

Onun sözlərinə görə, həmin istiqamətdə bununla hər şey kökündən dəyişib və artıq həyati təhlükə riski separatçılar üçün mövcuddur.

Mysyagin əlavə olaraq, heç bir pozuntunun olmadığını, bütün bunların Minsk sazişinə uyğun olduğunu bildirib. (Ordu.az)

Həmçinin oxuyun

Tacikistan həbsxanasındakı qiyamda 3 din xadiminin boynu vurulub

Xəbər verdiyimiz kimi, Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus …