Ana səhifə / Dünya / Ukrayna Müdafiə Nazirliyi döyüş meydanındakı son durumu açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi döyüş meydanındakı son durumu açıqlayıb

Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə Rusiya qoşunlarından təşəbbüsü ələ almağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Düşmən tağımlarının döyüş qabiliyyətini saxlamağa çalışır. O, təkcə Ukrayna ordusu ilə deyil, onların karvanının qarşısını alan dinc sakinlərlə də qarşılaşmaqdan qaçır. Ukrayna ərazisində Rusiyanın apardığı təbliğat artıq təsirini itirir. “Azadlıq verənlər” başa düşüblər ki, onları Ukraynada heç kim gözləmir.

Volınsk istiqamətində rəqib təşəbbüsü əldən verib və fəaliyyət göstərmir.

Rusiya işğalçıları Malın və İrpin istiqamətində böyük itki verib və hücumun sürətinin azaldıb. Çernobıl istiqamətindən Demidib və İrpinə hücum etsələr də, itki verərək dayanıblar.

Jitomir istiqamətində Qoreniçi, Şpıtka, Petruşkada hücumu inkişaf etdirməyə cəhd göstərsələr də, dayanmağa məcbur olublar. Borodyanka, Katyujanka rayonlarında və Qavronsk vilayətində də düşmən məyus olub. Siversk istiqamətində Rusiya Silahlı Qüvvələrinin birinci tank ordusu heyəti və 20-ci ümumqoşun ordusunun hərbçiləri Krasnoqrad və İzyuma istiqamətində hərəkətə keçərək Birləşmiş Qüvvələri (Ukrayna qüvvələri – “Report”) mühasirəyə almağa çalışsalar da, sərhəddəki Boqoduxov, Çuquyev və Şevçenko yaşayış məntəqələrində qarşıları alınıb.

Düşmən Çerniqov istiqamətində də dayandırılıb. Nijin istiqamətində Yeni Basan, Kozelesdə düşmən məskunlaşıb. Düşmənin 1-ci və 2-ci ordu korpusları və 8-ci ordusu Donetsk və Luqansk vilayətlərində irəliləməyə cəhd göstəriblər. Onlar hədəflərinə çatmayıb, Mariupolda qarşıları alınıb.

Qara dəniz zonasında Rusiya işğalçıları Ukraynanın Zatoka və Odessa sahil şəhərlərinə qarşı desant əməliyyatına hazırlaşmağa davam edirlər. Düşmən ruhdan düşüb. Şəxsi heyət və hərbi texnika itkisi verir”, – nazirlikdən bildirilib.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …