Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Dünya / Ukrayna MDB-nin mobil rabitə sistemindən çıxdı

Ukrayna MDB-nin mobil rabitə sistemindən çıxdı

Ukrayna MDB-nin mobil rabitə əməkdaşlığı haqqında müqaviləsindən çıxıb.

“Report” xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Vasili Mokan feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna Nazirlər Kabinetinin martın 3-də keçirilən toplantısında MDB-nin “Mobil rabitə sistemlərinin inkişafı və istifadəsi sahəsində əməkdaşlıq haqqında Sazişdən çıxmaq” barədə layihə müzakirə olunub. Hökumət layihəni dəstəkləyib.

Xatırladaq ki, 2016-cı il noyabrın 9-da Ukraynanın Ali Radasına ölkənin MDB üzvlüyündən çıxmasına dair qanun layihəsi təqdim edilib.

Həmçinin oxuyun

Azərbaycandan İrəvana 211 milyon dollar gedib? – Siyasi qalmaqal

2018-ci ildə Azərbaycandan Yerevana 211 milyon dolların köçürülməsi barədə yayılan məlumatlar Ermənistanda növbəti siyasi qalmaqala …