Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Dünya / Ukrayna MDB-nin daha üç sazişindən çıxdı

Ukrayna MDB-nin daha üç sazişindən çıxdı

Ukrayna MDB ölkələri çərçivəsində imzalanan daha üç sazişdən çıxıb.

“TASS” xəbər verir ki, müvafiq qərar bu gün Ukrayna hökumətinin Nazirlər Kabineti tərəfindən verilib. Qərara əsasən MDB dövlətlərinin sərhəd qoşunları üçün hərbi kadrların hazırlanması və ixtisasartırma təhsili, mədəniyyət sahəsində əməkdaşlıq, habelə MDB üzvlərinin Mədəni Əməkdaşlıq Şurasının yaradılması barədə Ukraynaya dair sazişlərə xitam verilib.

Xatırladaq ki, 2014-cü ilin fevralında Ukraynadakı dövlət çevrilişindən sonra ölkənin yeni rəhbərliyi MDB-dən ayrılma prosesinə başlandığını elan etmişdi.

Həmçinin oxuyun

Rusiyada azərbaycanlı biznesmen tutuldu – FOTO

Rusiyada böyük məbləğdə fırıldaqçılıqda günahlandırılan azərbaycanlı biznesmen tutulub. 43 yaşlı Kərimov “Metrostroy”un keçmiş başçısı Nikolay …