Ukrayna ilə bağlı danışıqların təfərrüatları açıqlandı
Ukrayna ilə bağlı üçtərəfli danışıqlar zamanı əsas müzakirrə mövzusu Donbasda tam silahsızlaşdırılmış zonanın yaradılması olub.
Bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, bu, əvvəlki planlarda, xüsusən də, Amerika tərəfinin keçən ilin noyabr ayında irəli sürdüyü 28 maddəlik planda yer alan təklifə əsaslanır.
NYT-nin məlumatına görə, Donbasın demilitarizasiyası ideyasının qəbul edilməsini asanlaşdırmaq üçün Ukraynadakı mümkün demilitarizasiya olunmuş zonada azad ticarət zonasının yaradılması da müzakirə edilib.
Lakin iki ordu arasında olan bir ərazidə azad ticarət zonası yaratmaq açıq-aydın çətindir.