Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ukrayna büdcəsi kəsirdədir

Ukrayna büdcəsi kəsirdədir

Ukraynanın Maliyyə Nazirliyi 2018-ci il büdcəsinin icrası barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, yanvar-may aylarında dövlət büdcəsində 9,2 milyard qrivna kəsir yaranıb.

Rəsmi açıqlamaya əsasən, beş ayda büdcə xərcləri 379,9 milyard qrivna olub. Bu, 2017-ci ilin yanvar-may ayları üzrə göstəricidən 26,6% çoxdur.

2017-ci ilin ilk beş ayı ilə müqayisədə büdcə gəlirlərinin 13,5% artaraq 369,7 milyard qrivna olduğu qeyd edilir.

Ukraynanın 2018-ci il büdcəsinin gəlirləri 917,9 milyard qrivna, xərcləri 991,7 milyard qrivna məbləğində təsdiqlənib.

1 Ukrayna qrivnası 0,0649 manata bərabərdir.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …