Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Dünya / Ukrayna bu ərazilərini itirdi

Ukrayna bu ərazilərini itirdi

Ruslar Silahlı Qüvvələri 4 istiqamətdə Ukraynanın mövqelərini aviasiya və artilleriyadan atəşə tutmağa başlayıb. Severodonetsk uğrunda döyüşlər gedir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya qoşunları Severodonetskdə Novotoşkivske-Orixove istiqamətində irəliləyir. Ruslar qismən uğur qazanıblar, Orixove kəndinin şimal istiqamətində möhkəmləniblər. Rusiya Severodonetsk şəhərində hücum əməliyyatlarını davam etdirir”, – açıqlamada bildirilib.

Baş Qərargah qeyd edib ki, Rusiya qüvvələri Baxmut istiqamətində Nikolayevka və Komışuvaxaya hücum etmək üçün yenidən qruplaşırlar. Qoşunların qruplaşdırılmasını gücləndirmək üçün bir batalyon taktiki qrup göndərilib.

Məlumata görə, Rusiya qüvvələri Avdeyevka, Kuraxov, Novopavlov və Zaporojyedə aviasiya və artilleriyadan fəal şəkildə istifadə edərək, Ukrayna ordusunun hərəkətini dayandırıb və ehtiyatların digər ərazilərə göndərilməsinin qarşısını alıb./Teleqraf.com

Həmçinin oxuyun

ABŞ beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatları beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib. Səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından …