Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / Ukrayna Baş Prokurorun müavini təyin olunan həmyerlimiz kimin qardaşıdır? – MARAQLI DOSYE

Ukrayna Baş Prokurorun müavini təyin olunan həmyerlimiz kimin qardaşıdır? – MARAQLI DOSYE

Məlum olduğu kimi, Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka əslən azərbaycanlı olan Gündüz Məmmədovu özünə müavin təyin edib. Belə ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb.
Məlum olub ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində doğulub. 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər müxtəlif bölgələrdə prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.
2014-cü ildə Odessa prokuroru, 2015-ci ilin dekabr ayından Odessa vilayətinin prokurorunun müavini olub, 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib.
Eyni zamanda o da bəlli olub ki, Gündüz Məmmədov tanınmış vəzifəli şəxsin qardaşıdır. Belə ki, onun qardaşı Elçin Məmmədov “SOCAR Energy Ukraine” şirkətinin rəhbəridir.
Elçin Məmmədovun digər qardaşı isə maliyyə naziri Samir Şərifovun müşaviri Adil Məmmədovdur.

(sfera.az)

Həmçinin oxuyun

Türkiyədə son 8 ayın ən yüksək ölümü

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb. APA-nın …