Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ukrayna Ali Radası Gürcüstanın adını dəyişdirdi

Ukrayna Ali Radası Gürcüstanın adını dəyişdirdi

Ukrayna Ali Radası Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi qəbul edib.

Qərara əsasən, rəsmi sənədlərdə, ünsiyyətdə və kütləvi informasiya vasitələrində “Gürcüstan” əvəzinə “Sakartvelo” adlandırılacaq.

Qanun layihəsinin təşəbbüskarları “Avropa Həmrəyliyi”, “Qolos”, “Batkivşina” və prezident Volodimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası olub.

Qeyd edək ki, bir neçə il əvvəl Litva da analoji qərar qəbul edib və rəsmi sənədlərdə “Sakartvelo” (Gürcülər ölkəsi) adından istifadə edir. Buna cavab olaraq Gürcüstan parlamenti Litvanın adının “Lietuva”ya dəyişdirilməsi haqqında qanun qəbul edib./Modern.az

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …