Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Dünya / Uçqun altında qalan maşınını anbaan lentə aldı – VİDEO

Uçqun altında qalan maşınını anbaan lentə aldı – VİDEO

Dağıstanda bir TIR sürücüsünün uçqundan qurtulduğu anlar anbaan kameralara düşüb.

Sürücünün bir neçə saniyə öncə tərk etdiyi maşın qar kütləsinin altında qalıb.

Dağıstanda magistralla hərəkətdə olan sürücü uçqunun yolu qapatmağa başladığını görüb və dayanıb. Qısa müddət sonra böyük bir kütlənin gəldiyini görən sürücü maşından uzaqlaşıb. Saniyələr sonra qar kütləsi TIR-ı görünməz edib.

Sürücü qar altında qalan maşını telefonunun yaddaşına həkk edib. Bu video sosial mediada ən çox paylaşılanlar arasındadır.

oxu.az

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …