Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Dünya / “Üç slavyan xalqı birləşəcək” – Ali Rada deputatı

“Üç slavyan xalqı birləşəcək” – Ali Rada deputatı

Ukrayna Ali Radasının «Müxalif platforma-həyat uğrunda» partiyasından (MPHU) olan deputatı İlya Kiva bəyan edib ki, vaxt gələcək, ruslar, belaruslar və ukraynalılar yenidən birləşəcəklər və vahid xalq olacaqlar.

Deputat bu proqnozu öz müaciətində Belarus sakinlərinə ölkənin müstəqillik günü münasibətilə Teleqram-kanalında dərc edib. «O vaxt gələcək ki, belaruslar, ruslar və ukraynalılar yenidən birləşəcəklər və həmin böyük güc olacaqlar və xaosa, sərsəmliyə, başıpozuqluğa qarşı duracaqlar. Biz, öz tariximizi qoruyub saxlaya biləcəyik. Biz, özümüzün qarşılıqlı münasibətlərimizi qoruya biləcəyik» – Kiva bildirib.

O, belarus xalqını «doğma və qardaş» adlandırıb və inandırıb ki, ukraynalılar həmişə slavyan qonşularına öz ürəklərində məhəbbət daşıyacaqlar.

Bundan əvvəl verilən xəbərə görə, Ukrayna Ali Radasının «Müxalif platforma-Həyat uğrunda» partiyasından olan deputatı İlya Kivaya qarşı cinayət işi başlanıb – sovet rəmzi daşıyan papaq geyindiyinə görə. AzPolitika.info

Həmçinin oxuyun

Türkiyə ilə İran arasında mühüm razılaşma imzalandı

İran İslam respublikasında səfərdə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu həmkarı Əhməd Vahidi ilə …