Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Dünya / “Üç muşketyor”un məşhur aktyoru xərçəngdən öldü

“Üç muşketyor”un məşhur aktyoru xərçəngdən öldü

Rusiyanın Xalq artisti Boris Klyuyev 77 yaşında vəfat edib.

Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.

O, teatr və kinoda 100-dən çox rol oynayıb.

Klyuyevin ən məşhur rolları arasında “Üç muşketyor”da qraf Roşfor obrazıdır.

Aktyor 1984-cü ildə çəkildiyi “TASS elan etməyə səlahiyyətlidir” filmindəki casus Trianon rolu ilə də populyarlıq qazanıb. 1986-cı ildə “Mixaylo Lomonosov” serialında qraf Orlovu canlandırıb. 1980-ci illərin əvvəllərində o, “Şerlok Holmsun sərgüzəştləri”ndə Maykroftu oynayıb.

Son illərdə aktyor çəkildiyi “Voroninı” serialındakı Nikolay Petroviç obrazı ilə tamaşaçıların sevgisini qazanıb.

Həmçinin oxuyun

ABŞ tarixində ilk – Maliyyə naziri qadın oldu

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri vəzifəsinə təsdiqləyib. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun …