Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Tvitter Rusiya kəşfiyyatı ilə əlaqədar 200-dən çox hesabıqapadıb

Tvitter Rusiya kəşfiyyatı ilə əlaqədar 200-dən çox hesabıqapadıb

Tvitterin rəhbərliyi ABŞ Konqresinə Rusiya ilə bağlı 200-dən çox hesabı qapatdığını bildirib.

Bu addım həmin hesabların ABŞ siyasətinə müdaxilə etməyə çalışan Rusiya kəşfiyyat orqanlarına məxsus olduğu müəyyən edildikdən sonra atılıb. Bağlı qapılar arxasında keçirilən sessiya oxşar mövzuda Facebook rəhbərliyi ilə keçirilən görüşdən sonraya təsadüf edir. Facebook şirkətinin rəhbərliyi qanunvericilərə Rusiya ilə bağlı 3,000 reklam haqda məlumat verməyə razı olub. Belə ki, həmin reklamlar ABŞ-da irqlərarası və siyasi gərginlikləri artırmağa xidmət edən yazıları təşviq edib.

Dinləmələrin məqsədi yalan xəbərlərin yayılması və kiminsə müəyyən istifadəçilərin yazdığına müdaxilə etdiyinin araşdırılmasıdır. Facebook, Tvitter və Google-ın ana şirkəti Alphabet oktyabr ayında Nümayəndələr Palatası, noyabrda isə Senatın komitələrində ifadə verəcək. Tvitter şirkəti Rusiya siyasi xəttini təbliğ edən RT xəbər agentliyinin reklamlara $274,000 xərclədiyini açıqlayıb.Bəzi qanunvericilər şirkətin məsələyə yanaşmasından narazı qaldıqlarını bildiriblər.

Konqresmden Adam Şiff Tvitterin verdiyi əksər məlumatların Facebook-un apardığı təhlildən qaynaqlanmasından gileylənib. “Şirkət baş verənlərin demokratik təsisatlarımıza nə boyda təhlükə olduğunu tam dərk etmir,”deyə Virciniya ştatından Senator Mark Uorner narazılığını ifadə edib.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …