Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / “Turqut Özalı KQB zəhərləyib” –Türkiyənin sabiq dövlət nazirindən gözlənilməz açıqlama

“Turqut Özalı KQB zəhərləyib” –Türkiyənin sabiq dövlət nazirindən gözlənilməz açıqlama

Türkiyənin VIII Prezidenti Turqut Özalın ölümü rusların işinə yarayıb.

Bu fikirləri Türkiyənin sabiq dövlət naziri Mətin Gurdərə deyib.

Mərhum Turqut Özalın zəhərlənərək öldürülməsi haqqında söz-söhbətlər heç vaxt siyasi gündəmdən çıxmayıb. İllər əvvəl Əhməd Özal və Qorqud Özal “öldürüldü” iddiaları ilə Turqut Özalın ölümünü təkrarən siyasi gündəmə gətirib və onun zəhərlənmə məsələsi yenidən diqqət mərkəzində olub.

Bu baxımdan sabiq dövlət naziri Mətin Gurdərənin hələ 10 il əvvəl Turqut Özalın ölümü haqqında danışarkən çox maraqlı fikirlər açıqlaması diqqətdən qaçmamalıdır. Sabiq nazir bu haqda danışarkən bildirib ki, Ukraynada prezidentliyə namizədlərdən birini zəhərlədilər, həmçinin Londonda KQB-nin sabiq əməkdaşı zəhərləndi: “O illərdəçox pərişan bir Rusiya vardı, yerlə sürünürdü. Türkiyə də Özalın sayəsində bayraq kimi dalğalanırdı. Daha sonra KQB imkanlarından istifadə edərək Putin Rusiyadakı rejimə əl qoydu. Onun liderliyində Rusiya toparlandı. Rus dərin dövləti yerlə sürünən ölkəyə müdaxilə etdi, öz namizədini hakimiyyətə gətirdi və Rusiya toparlandı. Öz dövlətini düşdüyü vəziyyətdən xilas etmək üçün hadisələrə daxil olan KQB o zaman gələcəyi Qafqaz və Orta Asiya olmadan bir məna kəsb etməyəcəyini anlayırdı. Turqut Özal ora gedəndə səhhətindəproblemləri yox idi. Ancaq oradan çox pərişan qayıtdı, xəstəliyi getdikcə gücləndi.

Gələcəyin Rusiyası üçün Orta Asiya və Qafqazda Türkiyənin təsirini azaltmaq üçün Özala qarşı bir zəhərlənmə əməliyyatı oldusa, onların vasitəsilə oldu. Əgər bir zəhərlənmə varsa, ancaq bu şəkildə ola bilər. Yəni Özala yeməklər hazırlanır. KQB-nin adamları yeməyə zəhər qatır və Özal Türkiyəyə qayıdanda pərişan olur, xəstələnir və vəfat edir. Tibbi baxımdan bunu araşdırmaq lazımdır”.

Özalın ölümünün rusların işinə yaradığını deyən sabiq dövlət naziri daha sonra qeyd edib ki, hadisədən illər sonra Orta Asiya və Qafqazda Türkiyənin təsiri azalıb:

Əvvəl bizim təsirimiz daha güclü idi. Bu ölüm kimin işinə yarayıbsa, sui-qəsdin arxasında onları axtarmaq lazımdır. Mən Türkiyə daxilində Özala qarşı belə bir əməliyyatın ola biləcəyini ehtimal etmirəm. Əgər varsa, Rusiyanın İtaliya məxfi xidmətinin vasitəsilə Orta Asiya və Qafqazda təkrar təsirini gücləndirmək məqsədiləÖzala belə bir sui-qəsd edə biləcəyini ehtimal edirəm. Özal nə dərin dövlətlə, nə də bu işi edə biləcək digər güclərlə qarşıdurma halında deyildi. Əksinə, bütün güclərlə liberal münasibətdə idi. Özal gücü və təsirindən heç bir zaman qarşısındakı insanı əzmək və sındırmaq üçün istifadə etməzdi. Bu səbəbdən də belə bir düşmənin olacağını düşünmürəm. Türkiyədə kimnsə belə bir sui-qəsd təşkil etsəydi, uduşu nə olardı?”.

Turqut Özalın 5 ölkəyə baş tutan 12 günlük Türküstan səfərindən sonra vəfat etdiyinə diqqət çəkən Mətin Gurdərə əlavə edib ki, dedikləri həqiqətdirsə, türk kəşfiyyatı artıq bu informasiyanı faktlarla əldə edib:

“Ancaq bu informasiyanı sonradan əldə etsən belə, nə edəcəksən? Bunu əsla açıqlaya bilməzsən. Bir az irəli getsən “prezidentinizi qoruyardınız, biz bunu etmədik” deyərlər. Beynəlxalq siyasətdə məsələlər belədir. Nəticə budur ki, Türkiyə çox əhəmiyyətli bir dövlət adamını itirdi. Yalnız itirmədi, həm də Orta Asiyada təsirini azaltdı”(teleqraf.com)

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …