Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Türkmənistan prezidentinin oğlu parlamentə seçildi – 91 faiz səslə

Türkmənistan prezidentinin oğlu parlamentə seçildi – 91 faiz səslə

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə Məclisinə deputat seçilib.

Trend-in məlumatına görə, prezidentin oğlu “Duşak” seçki dairəsindən namizədliyini irəli sürüb. Səsvermə martın 25-də keçirilib. Bu dairədən 30 316 seçici qeydiyyatdan keçib. Sərdar Berdiməhəmmədovun rəqibi 10 saylı təlim-tərbiyə müəssisəsinin direktor müavini Kaka Oqulceren Qurdov olub. Prezidentin oğlu seçicilərin 91,42 (25 700 nəfər) faizinin səsini qazanıb. Oqulceren Qurdova isə 2412 nəfər (8,58 %) səs verib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …