Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Türkmənistan prezidenti Vladimir Putinə it hədiyyə edib

Türkmənistan prezidenti Vladimir Putinə it hədiyyə edib

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiya prezidenti Vladimir Putinə it hədiyyə edib.

APA-nın verdiyi məlumata görə, Rusiya və Türkmənistan prezidentlərinin görüşü MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

Berdıməhəmmədov Putinə Orta Asiyada məşhur “Alabay” cinsindən olan it hədiyyə edib.

Mətbuat nümayəndələrinin önündə it Putinə təqdim olunub. Rusiya prezidenti hədiyyəyə görə türkmənistanlı həmkarına təşəkkürünü bildirib.

 

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …