Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Türkmənistan prezidenti indi də “xüsusi təyinatlı” oldu – VİDEO

Türkmənistan prezidenti indi də “xüsusi təyinatlı” oldu – VİDEO

Yerli KİV-lərin bildirdiyinə görə, Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov aprelin 4-də dövlət təhlükəsizlik şurasının səyyar iclasını keçirib və bu iclasda cari ilin birinci rübündə güc strukturlarının fəaliyyətinə qiymət verilib.

Virtualaz.org xəbər verir ki, iclasın gedişində Berdıməhəmmədov və güc strukturlarının rəhbərləri tirdə təlim atışları keçiriblər. Q.Berdıməhəmmədov səsboğucu ilə təchiz olunmuş “IWI Tavor” avtomatından atəş açmaq bacarığını nümayiş etdirib.

Bu gün “YouTube” videohostinqində yayımlanmış videoçarxda əfsanəvi “Status Quo” qrupunun ifasında məşhur “İn the Army Now” mahnısının sədaları altında dövlət başçısının güc strukturlarının rəhbərlərinin fiziki hazırlığı ilə şəxsən məşğul olmasını əks etdirilən kadrlar nümayiş etdirilib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …