Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Türkmənbaşı medal paylayır, icra başçıları ikiqat əyilir – VİDEO

Türkmənbaşı medal paylayır, icra başçıları ikiqat əyilir – VİDEO

Türkmənistanın müstəqillik Günü münasibətilə prezident Qurbanqulu Berdıməhəmmədovun məmurlara medal paylaması səhnələri internetdə əsl fırtına yaradıb.

Belə ki, bu səhnələrə dair videoroliki Türkmənistan Dövlət Televiziyasının yayımladığı kadrlar əsasında xaricdə mənzillənmiş “Türkmənistan xronikası” agentliyi yayıb. Kadrlara əsasən məmurlar Berdıməhəmmədovun qarşısında öz uğurları haqda hesabat verir. Dövlət başçısı isə öz növbəsində onları medalla təltif edir. Bu zaman “türkmənbaşı”nın əlindən medallarını alan vilayət hakimləri (icra başçıları) onun qarşısında ikiqat, sual işarəsi formasında əyilir, medal qutularını dəfələrlə öpüb gözlərinin üstünə qoyurlar. Məmurlar isə öz növbəsində prezidentə qızıl heykəlciklər hədiyyə edirlər.Virtualaz.org

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …