Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Türkmənistanda çoxarvadlılıq qanunla qadağan edildi

Türkmənistanda çoxarvadlılıq qanunla qadağan edildi

Türkmənistanda “Ailə məcəlləsi”nə daxil edilən yeni normaya əsasən, ölkədə çoxarvadlılıq qadağan olunub.

CA-NEWS xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Ailə məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı qanunu imzalayıb.

Məcəllənin 7-ci maddəsinə əsasən, çoxarvadlılıq qadağan edilib.

“Çoxarvadlılıq dedikdə iki və ya bir neçə qadınla eyni zamanda bir yerdə ümumi təsərrüfat yaratmaq nəzərdə tutulur”, – dəyişiklikdə qeyd olunub.

Yeni qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Bu qanunu pozanlar iki ilədək azadlıqdan məhrum ediləcək.

Cari ilin əvvəlində isə Türkmənistan prezidenti Qrubanqulu Berdıməhəmmədov televiziyada seks, zorakılıq və pis vərdişlərlə bağlı səhnələrin yayımlanmasını qadağan edən qanun imzalayıb.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …