Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / Türkmənistan kapitalın amnistiyasını həyata keçirəcək

Türkmənistan kapitalın amnistiyasını həyata keçirəcək

Türkmənistan kapital və mülkiyyətin amnistiyasını həyata keçirəcək.

APA-nın Türkmənistanın TDX agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 10-da Nazirlər Kabinetinin iclasında baş nazirin müavini Qoçmırat Mıradov kapital və mülkiyyətin amnistiyası planı barədə məlumat verib.

Oktyabrda bu posta təyin olunmuş Q. Mıradov deyib ki, bu addım iqtisadiyyata əlavə maliyyə cəlb etməli, eyni zamanda ölkənin iqtisadi zonasına sərmayə axını üçün əlverişli şərait formalaşdırmalıdır.

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …