Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Türkiyədən şok addım: gənc uyğur ana ilə iki övladı Çinə təhvil verilib

Türkiyədən şok addım: gənc uyğur ana ilə iki övladı Çinə təhvil verilib

Ankara Çin hakimiyyətinin zülmündən qaçaraq Türkiyəyə sığınan 30 yaşlı ananı 2 uşağı ilə birlikdə Pekinə təhvil verib.

“Haberturk” xəbər verir ki, bu barədə Türkiyədə yaşayan Şərqi Türkistan Milli Məclisinin sədri Seyid Tümtürk məlumat verib.

Bildirilib ki, Zinnetgül Tursun adlı uyğur iki uşağı ilə birlikdə Türkiyədən Tacikistana deportasiya olunub, oradan isə Çinə verilib.

S.Tümtürk daha sonra əlavə edib ki, Zinnetgül Tursunun anası və bacısı bu xəbəri Türkiyədə eşidib: “Hazırda o, Çində həbsxanadadır. İki yetim uşağı da onunladır”.

Z.Tursunun Səudiyyə Ərəbistandakı qardaşı bacısının Türkiyədən deportasiya olunaraq Çinə təhvil verildiyini təsdiqləyib.

Türkiyənin İzmir şəhərindəki Deportasiya Mərkəzindən bildirilib ki, həmin gün Kuvanhan Aşmuzi və Ayinia Tuersun adlı daha iki qadın da Tacikistana deportasiya olunub. Onların da Çinə göndəriləcəyi ehtimal olunur.

Xatırladaq ki, Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb/Report.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …