Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Türkiyədən F-35 açıqlaması: ABŞ yeni şərt qoydu

Türkiyədən F-35 açıqlaması: ABŞ yeni şərt qoydu

F-35 mühərrikləri üçün ABŞ-dan kənarda yeganə texniki xidmət, təmir və montaj müəssisəsi Türkiyədə qurulacaqdı.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir F-35 problemi ilə bağlı danışarkən deyib.

“Həmin sistemlə bağlı danışıqlar davam edərkən, amerikalılardan yeni şərt ortaya çıxdı. Bildirdilər ki, qurğuları hazırlayarkən xüsusi bölmə düzəldəcəksiniz və qəfəslə bağlanacaq. Oraya ABŞ vətəndaşı yerləşdirəcəyik. Mühərrikin materialları olan bölməyə daxil olmayacaqsınız və heç nəyə toxunmayacaqsınız. Hətta radarın görünməməsini təmin edən boya dəyişdirilərkən yerdə qalan tullantılara da toxunmayacaqdıq. Onlar həmin tullantıları belə ABŞ-a aparacaqdılar”, – İ.Dəmir bildirib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …