Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Türkiyədə seçki: saxtakarlıqlarla bağlı videolar yayıldı

Türkiyədə seçki: saxtakarlıqlarla bağlı videolar yayıldı

Xəbər verildiyi kimi, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, artıq ölkənin bəzi bölgələrində seçki saxtakarlığı haqda məlumatlar var.

Hətta Şanlıurfanın Suruç bölgəsində seçki qutularına kütləvi şəkildə saxta bülletenlərin atıldığı barədə videolar da yayılıb.

Bundan başqa, İstanbul və digər şəhərlərdə də bir nəfərin bir neçə adamın yerinə səs vermələri haqda faktlar da yerli mətbuatda yer alıb.

Məsələ ilə bağlı Türkiyə Yüksək Seçki Kurulu (YSK) rəsmi açıqlama yayıb. Qurumun sədri Sadi Güvən bildirib ki, yaşanan saxtakarlıqlarla bağlı müvafiq tədbirlər həyata keçirilib: “Suruçdakı bəzi qutuların təhlükəsizliyinin qorunmaması ilə bağlı müvafiq sənədləşmələr aparılıb. Ümumiyyətlə, bu və ya digər iddialarla bağlı bütün lazımlı tədbirlər görülür”.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …