Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Türkiyədə prezident seçkilərinin vaxtı məlum oldu

Türkiyədə prezident seçkilərinin vaxtı məlum oldu

Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə görüşü zamanı deyib.
“Mayın 14-də keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək sizlərlə, dəyərli gənclərimizlə, olmağımızı bizə nəsib etdiyi üçün Rəbbimə şükür edirəm. Sizin sayənizdə 40 ildən çox vaxt keçməsinə baxmayaraq keçmiş dönəmdəki həyacanı xatırlayır və eyni hissləri yenidən yaşayırıq”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il iyunun 18-də keçirilməli idi. Ərdoğan daha əvvəlki açıqlamalarında seçkinin tarixinin önə çəkilə biləcəyini bildirib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …