Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Türkiyədə PKK-nın xüsusi təhlükəli terrorçuları MƏHV EDİLDİ – FOTO

Türkiyədə PKK-nın xüsusi təhlükəli terrorçuları MƏHV EDİLDİ – FOTO

Türkiyədə keçirilən əməliyyat nəticəsində PKK-nın uzun müddət axtarışda olan xüsusi təhlükəli terrorçuları məhv edilib.

Bu barədə Unikal.org “Anadolu” agentliyinə istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Mardində “Eren-5” əməliyyatı zamanı 6 terrorçu zərərsizləşdirilib. Onlar arasında PKK-nın Mardində terror əməliyyatlarını həyata keçirmiş “Hevram Havraman Avyer” ləqəbli Hasan Mahmud və “Reber Koser” ləqəbli Teyyüb Cam da var. Hasan Mahmudun 2008-ci ildə Şemdinlidə yola qoyduğu partlayıcı qurğunun işə düşməsi nəticəsində bir neçə Türkiyə əsgəri həlak olub. Onun rəhbərlik etdiyi silahlılar 2016-cı ildə Şırnak-Van yolunun inşası zamanı təhlükəsizlik qüvvələrinə hücumu nəticəsidə 6 jandarm həlak olub.

Türkiyədə PKK-nın xüsusi təhlükəli terrorçularıMƏHV EDİLDİ - FOTO

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …