Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Türkiyədə ölənlərin sayı 43 556 nəfərə çatdı

Türkiyədə ölənlərin sayı 43 556 nəfərə çatdı

Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …