Ana səhifə / Dünya / Türkiyədə növbəti qar uçqunu – 8 nəfər ölüb, 15 nəfər axtarılır+ Fotolar

Türkiyədə növbəti qar uçqunu – 8 nəfər ölüb, 15 nəfər axtarılır+ Fotolar

Türkiyənin Van bölgəsində yenə qar uçqunu baş verib.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən xəbərinə görə, ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə qrupları (UMKE) və digər xilasetmə briqadası təbii fəlakətlə üzləşib.

Rayonun bələdiyyə sədri Meki Arvas bildirib ki, əraziyə 300 xilasedici cəlb edilib. Bu zaman orada qar uçqunu baş verib. Nəticədə, 50 nəfər və 5 avtomobil uçqun altında qalıb. 25 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, ötən gün sözügedən ərazidə baş vermiş qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib.

***

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan da qar uçqunu altında qalanlar arasında olub. O, yaralı olaraq xilas edilərək xəstəxanaya yerləşdirilib.

***

Daxili İşlər naziri Süleyman Soylu hadisə nəticəsində 8 nəfərin vəfat etdiyini açıqlayıb. 

Onun sözlərinə görə, 10-15 nəfər qar uçqunu altında qalıb, 30-35 nəfər çıxarılıb. 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …